İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə münasibət bildirərkən deyib ki, Azərbaycan bu səfəri qəbul etməməli idi: "Biz İsrailin dağıdıcı hərəkətlərini və fitnəkar davranışını müşahidə edirik. Onlar İslam ölkələri arasında münasibətlərdə problemlər yaratmaq niyyətindədirlər".

zərdüşt əlizadə ile ilgili görsel sonucuİran XİN sözçünün fikirləri ilə bağlı Unikal.org-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, İranın İsraili tanımayan ərəb təşkilatlarına hərtərəfli-maddi, mənəvi yardım göstərməsi fonunda XİN sözçüsünün Azərbaycan- İsrail münasibətlərindən narahatlığını ifadə etməsi normaldır:

"İran siyasi qruluşunun üsul idarəsinin ideoloji əsası odur ki, o dünyadakı bütün müsəlmanların hamisidir. Eyni zamanda işğal olunmuş Fələstinin də müdafiəçisidir. İran İsraili tanımayan ərəb təşkilatlarına hər tərəfli-maddi, mənəvi yardım göstərir. Belə olan halda İran rəsmi şəxsinin Azərbaycan-İsrail münasibətlərindən narahatlığını ifadə etməsi normal haldır. Mən düşünmürəm ki, nə bizim Xarici işlər Nazirliyi, nə də dövlət rəhbəri buna cidi fikir versin. İran XİN sözçüsünün fikirləri daxili istehlaka yönəlmiş, üsul idarənin ideoloji əsaslarına riayət etmək üçün söylənilən sözlər idi.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycanda işgüzar səfərdə olub.

Həsən Babayev