Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 saylı sərnişin avtobusunun vuraraq öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib.
Unikal.org-un "Reporta istinadən xəbərinə görə, bu, Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Fərəcov Eldar Abış oğludur. Belə ki, E.Fərəcov işdən evə qayıdarkən yolu keçmək istəyib. Bu zaman onu avtobus vurub.
E.Fərəcov 2001-ci ildən "Qoroskop qəzetində satış müdiri vəzifəsində çalışıb. "Qoroskop qəzetinin baş redaktoru Səbuhi Rəhimli "Reporta açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, E.Fərəcov 2001-ci ilə qədər "Ədalət qəzetinin satış müdiri olub.
Xatırladaq ki, avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb, araşdırmalar davam etdirilir.