Bakıda evdə usta işləyən şəxs faciəli şəkildə ölüb.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, dekabrın 14-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində Bakı şəhər sakini Mehman Ələsgərov usta işlədiyi evin 2-ci mərtəbəsindən ehtiyatsızlığından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş M.Ələsgərov dekabrın 21-də orada ölüb.
Araşdırma aparılır.