Bakı Metropoliteni QSC-nin "Xətai" stansiyasının bir hissəsi sabah istifadəyə veriləcək.

Bu barədə Unikal.org-a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında deyib. 
O, qeyd edib ki, təmir olunan hissə sabah səhərdən etibarən sakinlərin ixtiyarında olacaq. Stansiyanın digər hissəsinin aqibətinə gəlincə, N.Paşayev bu barədə KİV nümayəndələrinə sabah - dekabrın 23-də saat 11:00-da "Xətai" stansiyasında açılış zamanı danışacağını deyib.

Görüntünün olası içeriği: 1 kişi