Azərbaycan gömrükçüləri növbəti əməliyyat keçiriblər. 

DGK-dan unikal.org-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Xaçmaz şəhərində reyd keçirilmiş, nəticədə gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olan dörd nəfər Azərbaycan Respublikası vətəndaşından 3169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.