Qubada yol qəzası baş verib.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun 11-ci kilometrliyində qeydə alınıb.

Rayon sakini Seyidşah Atagülovun idarə etdiyi "Hyundai" markalı sərnişin avtobusu idarəetməni itirərək ağaca çırpılıb. Xəsarət alan yoxdur. Qəzaya səbəb avtobusun sükanında yaranan problem olub.

Quba şəhər avtovağzalının növbə rəisi Rəhman Dadaşov faktı təsdiqləyib.

Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırmalar aparılır.