Gəncədə 17 yaşlı qız beşinci mərtəbədən yıxılıb.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsi, bina â„–1-də baş verib. 1999-cu il təvəllüdlü Təzəgül Əliyeva 5-ci mərtəbənin eyvanında paltar asarkən oradan yerə yıxılıb. Ağır bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.