Türkiyədə PKK-ın siyasi qolu olan Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili saxlanılıb.
Unikal.org "Hürriyetə istinadən verdiyi xəbərə görə, Türkiyə Böyük Millət Məclisinin sədr müavini, HDP üzvü Pərvin Buldan bu gün səhər evində tutulub. Millət vəkili özünün "Twitter hesabında "saxlanıldım deyə yazıb.