Balakəndə fərdi evdə yanğın baş verib.
Unikal.org-un APA-ya istinadən Şəki-Zaqatala bürosunun məlumatına görə, axşam saatlarında Balakən şəhəri, Daanov küçəsində yaşayış evində güclü yanğın qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğın söndürənlər evdə 2013-cü il təvəllüdlü Ramal Amil oğlu Alagözovun yanmış meyitini aşkar ediblər.
Hazırda yanğın məhdudlaşdırılıb, onun tam söndürülməsi istiqamətində işlər davam etdirilir.