Ötən gün saat 20:00 radələrində Balakən rayonunun Tülü kəndində yaşayan Səltənət Məmmədovanın evində yanğın baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra S. Məmmədovanın nəvəsi, 2 yaşlı Ramal Alagözovun yanmış meyiti tapılıb.
Araşdırma aparılır.