Azərbaycanlı tələbə Türkiyədə bədbəxt hadisə nəticəsində dünyasın dəyişib.

Unikal.org xəbər verir, İstanbulun Esenler rayonun Tem əlaqə yolu Atışalanı mövqeyində, etdiyi qəza sonrası yola reflektor yerləşdirmək istəyərkən qarşıdan gələn avtomobil onu vuraraq öldürüb.

Qəza, Tem əlaqə yolu Edirne rayonu istiqaməti Atışalanı mövqeyində meydana gəlib. Əldə edilən məlumata görə, Aze 10 MM 090 Azərbaycan nömrəli lüks cipin sürücüsü Fərman Məmmədli gecə saat 02.30 radələrində Tem əlaqə yolu Edirne istiqamətinə doğru irəliləyərkən bilinməyən səbəblərdən sükan əlindən çıxaraq səkiyə çırpılıb.

Qəza zamanı heç bir xəsarət almayan Məmmədəli qəza törətdiyi yola reflektor yerləşdirmək istəyərkən eyni istiqamətdə gələn 34 NS 6981 nömrəli avtomobilin sürücüsü Yasin S. tərəfindən vurulub.

Hadisə yerinə gələn təcili yardım biriqadası Məmmədəlinin qəza zamanı həyatını itirdiyini bildiriblər.

Məmmədəlinin cənazəsi Yenibosnada olan Ədliyyə Tibb Təşkilatına aparılıb.

20 yaşlı Fərman Məmmədəli İstanbul Aydın Universitetinin inşaat mühəndislik fakultəsində təhsil alırdı.

Qeyd edək ki, türkiyə mətbuatı qəza zamanı həyatını itirən 20 yaşlı "Porsche marakalı avtomobilin sürücüsü Fərman Məmmədəlinin Azərbaycanlı məmur balası olduğunu yazır. 

Hadisə ilə bağlı məlumatı dəqiqləşdirəcəyik.