Buzlu yol avtomobil qəzasına səbəb olub.
Unikal.org ARB -yə istinadən xəbər verir ki, səhər saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 122 km-də Şamaxı rayonu ərazisində avtomobil qəzası qeydə alınıb.
Sabirabad rayon sakini 32 yaşlı Mahir Vəliyevin idarə etdiyi avtomobil yoldan çıxaraq əvvəlcə yol nişanına, ardınca isə, ağaca çırpılıb. Sürücü ağır kəllə-beyin travması ilə Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Əməliyyat olan xəstənin vəziyyəti ağırdır.
Yaxınlarının sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olan Mahir gecə saatlarında paytaxtdan Yevlax rayonuna sərnişin aparıb. Qəza da, geri qayıdarkən baş verib. İlkin məlumatlara görə, qəzaya səbəb kimi yolun buzlu olması göstərilir.
Faktla bağlı Bakı şəhər Baş dövlət yol polisi idarəsində araşdırma aparılır.