"Çelsi" və "Mançester Siti"nin keçmiş oyunçusu Frank Lempard "SKY Sport"a verdiyi müsahibəsində maraqlı fikirlər səsləndirib.
Unikal.org xəbər verir ki, yarımmüdafiəçi ən çox məşqə gecikən komanda yoldaşından danışıb.
O, bildirib ki, karyerası ərzində gördüyüməşqə ən çox gecikən komanda yoldaşı Serxio Aquero olub. Argentinalı dəfələrlə cərimə olunmağına baxmayaraq hər məşqə heç olmasa 5 dəqiqə geçikirmiş:
"Bir dəfə onu növbəti dəfə cərimələyəndən sonra Aquero gülərək dedi ki, "Cərimələyirsiz? Eybi yox, bazar günü het-trik edərəm, hamı xoşbəxt olar".