Goranboy rayon sakinin Gəncədə elektrik cərəyanı vurub.
Unikal.org APA-ya istinadən verdiyi məlumata görə, hadisə Türklər qəsəbəsində baş verib.
Yeni tikilməkdə olan obyektlərin birində çalışan Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Paşayev İsmət Mahmud oğlu işləyən zaman elektrik cərəyanı onu vurub. Ona dərhal yardım göstərilsə də, həyata qaytarmaq mümkün olmayıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.