ABŞ-da beş aylıq qız uşağı aclıqdan və susuzluqdan həyatını itirib.
Unikal.org vesti.ru-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəlsə, onun valideynləri böyük dozalı narkotiklərin qəbulundan ölüb.
Faciə Pensilvaniya ştatında Kernvill şəhərində olub. Polislər həlak olanların cansız bədənlərini evdə aşkar edib. Onların 19 və 27 yaşı var.
Polislər bildirir ki, gənc valideynlərin narkotiklə bağlı problemi olduğundan nəzarət xidməti mütəmadi olaraq yoxlanışa gəlirdi. Lakin, yaşayış şərtləri normal olduğuna görə, körpəni valideynlərindən ayırmayıblar.