Quba sakini dəm qazından zəhərlənib.

Unikal.org  qafqazinfo-ya istinadən xəbər verir ki, Quba rayonu Mirzəməmməd kənd sakini, 1993-cü il təvəllüdlü Xasməmmədova Aygün Rauf qızı dəm qazından zəhərlənmə əlaməti ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, A. Xasməmmədova reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.

O, yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.