Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb.

"Mercedes və "VAZ2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ2107 da olan iki sərnişin, şəhər sakinləri, 1940-cı il təvəllüdlü Qənirə İbrahimova və 1975-ci il təvəllüdlü Əminə İbrahimova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləriorta ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.