Qax rayonunda yerləşən körpələr evində yanğın baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Cəlayir kəndindəki 11 saylı körpələr evində qeydə alınıb.

Hazırda Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti yanğının qarşısını almağa çalışır.