Tovuzda dəm qazından zəhərlənmə olub.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Abulbəyli kənd sakini, 1974-cü il təvəllüdlü Bəndəliyeva Vəsilə və onun qızı, 2003-cü il təvəllüdlü Bəndəliyeva Tamella dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Məlumata görə, ana və qız yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.