Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-220, Kiçik Qafqazın çaylarında 140-270, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-170 faizini təşkil edir.
Bu barədə unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, dekabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 170 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 65 kubmetr olub.
Suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 14 santimetr artım, Şirvanda 2, Salyanda isə 8 santimetr azalma qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 17 artım müşahidə olunub.
Hazırda suyun səviyyəsi Surrada 501, Şirvanda 382, Salyanda 357, Bankədə 261, Novruzlu məntəqəsində isə 220 santimetrdir.