Qaradağ rayonunda güclü partlayış baş verib.

Unikal.org-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, insanlar ərazidən evakuasiya olunur. Partlayış Bakı - Ələt yolunun 43-ci kilometrliyindəki magistral qaz xəttində baş verib. Qaradağ rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerindədir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Unikal.org-a faktı təsdiqləyib.