Bakıda naməlum avtomobil piyadanı vurub. 

Unikal.org-un məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində - Səməd Vurğun parkının qarşısında baş verib. 17 yaşlı qızı vuran avtomobilin sürücüsü nəqliyyat vasitəsi ilə birgə ərazidən uzaqlaşıb. Piyada xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.