Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

Unikal.org bildirir ki, rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayonun Gəgəli kəndində 1985-ci il təvəllüdlü Şəmiyev Ümidvar Sadulla oğlunu cərəyan vuraraq öldürüb.

Bildirilir ki, o, mal-qara fermasındakı televiziya antenasının yerini dəyişərkən ehtiyatsızlıqdan elektrik naqilinə toxunub.

Faktla bağlı araşdırma aparılır.