İmişli rayonundaağır yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu günaxşam saatlarında rayonun "Dördyol ayrıcı" adlanan ərazisində qeydə alınıb.

Belə ki, İmişlidə məskunlaşan Füzuli rayon sakini, 58 yaşlı Fərmail Əlheydər oğlu Qasımovun idarə etdiyi "VAZ-2106 markalı avtomobillə İmişli sakini, 34 yaşlı Yengibar Yadigar oğlu Abışovun idarə etdiyi "VAZ-2107 markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü, "VAZ-2106da olan Füzuli rayon sakinləri - 53 yaşlı Elmira Adışirin qızı Cəfərova, onun bacısı, 45 yaşlı Züleyxa Cəfərova, 14 yaşlı Bəsti Elxan qızı Cəfərova, 12 yaşlı Elşad Elxan oğlu Cəfərov, 28 yaşlı Gülnar Cəfər qızı Əliyeva və Dərya Pərviz qızı Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılarİmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.