Bakıda intihar etdiyi bildirilən 25 yaşlı qızla bağlı yeni faktlar məlum olub.
Unikal.org xəbər verir ki, sirkə turşusundan zəhərlənərək öldüyü bildirilən Selcan Qasımovanın dayısı Sabir Abbasov APA-ya açıqlamasında bacısı qızının intihar etmədiyini bildirib. S. Abbasovun sözlərinə görə, S. Qasımova pomidor turşusundan zəhərlənərək dünyasını dəyişib.
S. Abbasov onu da qeyd edib ki, hazırda faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə dekabrın 25-də paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Binəqədi rayonu ərazisində yaşayan Selcan Qasımova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.
Binəqədi rayon Prokurorluğundan isə bildirilib ki, Selcan Qasımova intihar məqsədi ilə sirkə turşusu içib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.