Saatlı rayonunda 14 yaşlı yeniyetmə ayağından güllələnib.
Unikal.org Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verilən məlumata görə, Saatlı rayonunun Əliabad kəndində 14 yaşlı Sabir Dadaşov evdə atası Cabirə məxsus tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ-17 markalı ov tüfəngi götürülüb.
Araşdırmalar davam etdirilir.