Bakıda qanunsuz valyuta mübadiləsi aparan daha bir nəfər cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, dekabrın 27-də Bakı şəhər sakini Asəf Musayev paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 370 manata dəyişdiyi üçün Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.