Dünən Bakıda dəm qazından boğularaq ölən 20 yaşlı qadının hamilə olduğu məlum olub.
Unikal.org lent.az-a istinadən məlumatına görə, Balaxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin hamam otağında qazdan zəhərlənən və xəstəxanaya çatdırılsa da, vəfat edən 20 yaşlı Pərvanə Xəlilova yeni ailə qurubmuş. Onun 2-3 aylıq hamilə olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Xatıraladaq ki, Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 20 yaşlı Pərvanə Ədalət qızı Xəlilova yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.