Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən unikal.org-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3 min 424 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.