Bu gün səhər saatlarında Lənkəran rayonunun Ləj kəndi ərazisində kişi meyiti tapılıb.
 
Unikal.org apa-ya istinadən məlumatına görə, onun Ləj kənd sakini, 1971-ci il təvəllüdlü Sərxan Daməd oğlu Əliyev olduğu məlum olub.
 
Məlumata görə, S.Əliyev ötən gün səhər saatlarında ov etmək məqsədilə meşəyə gedib və evə qayıtmayıb. Meyitin müayinəsi zamanı hər hansı zorakılıq əlamətləri və ya güllə izi aşkarlanmayıb. İlkin ehtimallara görə, mərhum ürəktutmadan ölüb.
 
S.Əliyevin ölümünün dəqiq səbəbləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinin həkim-ekspertlərinin çıxaracağı yekun rəydən sonra məlum olacaq.
 
Fakta bağlı araşdırma aparılır.