Yanvarın 1-də İstanbulda "Reina gecə klubunda törədilən terror aktı ilə əlaqədar Azərbaycanın baş konsulluğunda "qaynar xətt yaradılıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, yaralılar arasında Azərbaycanın iki vətəndaşı olub.
Onlardan biri artıq evə buraxılıb.
Xatırladaq ki, terror aktı nəticəsində həlak olan 39 nəfərdən 21-nin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 15-i xarici ölkə vətəndaşlarıdır. Xəsarət alan 65 nəfərdən dördünün vəziyyəti ağırdır.