Türkiyədə evdən baş götürüb çıxan qadının qayıtmadığını görən ər özünü 5 mərtəbəli binanın üstünə çıxaraq intihar etmək istəyib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Çorumda İnönü Caddesi məhəlləsində yerləşən bir iş mərkəzininə saat 11.30 radələrində gələn Əhməd A., 5 mərtəbəli binanın damına çıxıb. İntihar edəcəyini qarşıya qoyan Əhməd. A-nı görənlər polisə xəbər veriblər.
Hadisə yerinə gələn polis Əhməd. A-nı razı salmağa çalışıb. Hadisə yerinə xilasetmə və sağlamlıq qrupları da çağırılıb. Xilasetmə qrupları yerə hava yastığı açıblar. Əhməd. A həyat yoldaşı hadisə yerinə gəlməyincə özünü öldürəcəyini deyib: "Həyat yoldaşım istəyirəm. Həyat yoldaşım bura gələcək. O qadın sığınma evində qalır. Deyin bura gəlsin".
Bir neçə saat aparılan danışıqlardan sonra Əhməd binanın damından düşürdülüb.
Qeyd edək ki, Əhməd A həyat yoldaşını döydüyü üçün arvadı evdən çıxıb. Çarəsiz qadın sığınma evinə yerləşdirilib.