İstanbulda gecə klubuna edilən hücum haqqında mesaj daha əvvəl FETÖ-yə bağlı telekanalda yayımlanan serialda verilib.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ-nün "Samanyolu telekanalında yayımlanan "Kollama adlı serialın 90-cı bölümündə yayımlanan səhnədə Santa Klaus paltarındakı terrorçunun məktəbə hücumu səhnələşdirilib.

Türkiyə mediası bunu İstanbul teraktının mesajı olaraq təqdim edib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinin də daha əvvəl FETÖ-yə bağlı telekanalda səhnələşdirildiyi haqqında məlumatlar var idi.