İmişli rayonunun Bəhrəmətəpə qəsəbəsi ərazisində "VAZ2104 və "QAZ 24 markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, qəza nəticəsində "VAZ2104 markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Qurbanzadə Arazbəyli Qurban oğlu və "QAZ 24 avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Əliyev İbrahim Habil oğlu, o cümlədən 1972-ci il təvəllüdlü Əliyeva Şölə Qismətəli qızı, 1983-cü il təvəllüdlü Əliyeva Ülviyyə İsfəndiyar qızı, 1971-ci il təvəllüdlü Əliyev Vasif Qismətəli oğlu, 1971-ci il təvəllüdlü Əkbərzadə Sənan Miri oğlu müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.