Bakıda yanğın hadisəsi qeydə alınıb. 

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli, 4 otaqlı evin mətbəxində taxta və lambirdən ibarət tavan 9 m2 sahədə və əşyalar 2 m2 sahədə yanıb. 
Evin qalan hissəsi yanğından mühafizə olunub. 
Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.