Göygöl rayon Mərkəzi Xəstəxanasında ölüm faktı qeydə alınıb.
Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə xəstəxananın doğum şöbəsində qeydə alınıb.
Gəncə şəhər sakini Əhmədova Aygül Pəhləvan qızı dekabrın 31-də xəstəxanada körpə dünyaya gətirib. Bu gün isə körpə dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.