Bakıda tikintisi başa çatmamış 8 mərtəbəli binada yanğın baş verib.

Unikal.org-un FHN-nin saytına istinadən məlumatına görə, Binəqədi rayonunda tikintisi başa çatmamış, səkkizmərtəbəli yaşayış binasının 7 və 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan 5 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 7-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 8-ci mərtəbədə digər vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin lambirdən ibarət tavanı 4 m2 sahədə (ümumi 144 m2) yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.