Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay şəhərində qeydə alınıb.
Məlumata görə,"VAZ 2107 və "Mercedes markalı minik avtomobillərinin toqquşması nəticəsində Göyçay şəhərinin Bakı küçəsindəki 25 saylı mənzildə yaşayan, 1993-cü il təvəllüdlü Elnur Rəhimov və onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əzizə Salmanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində yaralıların vəziyyəti normallaşıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.