Bu gün Neftçala şəhərində intihar hadisəsi baş verib.
Unikal.org-un virtualaz.org-a istinadən verdiyi məlumata görə, Neftçala şəhəri, Asəf Mütəllibov küçəsində yerləşən evindəki istifadəsiz otaqda 1964-cü ildə anadan olmuş Abdullayev Elşən Ələkbər oğlu özünü asaraq intihar edib.
Ali təhsilli mühəndis olan Elşən Abdullayev son illər səhhətində yaranmış psixi problemlərdən əziyyət çəkirmiş. Elə bu səbəbdən də Bakıda birgə yaşadığı həyat yoldaşından və iki uşağından ayrılaraq, anası Leyla Abdullayeva ilə birgə yaşayırmış.
Qeyd edək ki, Leyla Abdullayeva uzun illər Neftçala Rayon Partiya Komitəsində şöbə müdiri və məktəb direktoru vəzifələrində çalışıb.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.