Ağcabədi-Zərdab yolunun 3-cü kilometrliyində ağır qəza baş verib. 

Unikal.org bildirir ki, Ağcabədi rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, "VAZ 21 015 markalı 04 BJ 031 dövlət qeydiyyat nişanlı və "Opel markalı 99 HA 867 nömrəli iki minik avtomobilinin toqquşması nəticəsində hər iki sürücü - 1994-cü il təvəllüdlü Qurbanov Faiq Naməddin oğlu və 1949-cu il təvəllüdlü Abdullayev Alı Əhməd oğlu vəfat edib. Avtomobillərdə olan 24 və 25 yaşlı iki oğlan isə Ağcabədi Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.