Anasını döyərək qətlə yetirmiş Gədəbəy sakini tutulub.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yanvarın 2-də Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan Yaqub Məmmədov evində münaqişə zəminində anası Nərgizi döyüb. Nərgiz aldığı xəsarətdən hadisə yerində olüb.

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədov tutulub.