Saatlıda yanğın hadisəsi qeydə alınıb. 

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonunun Azadkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin 2 otağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub.