Xəbər verdiyimiz kimi, yeni il gecəsi İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina" gecə klubuna hücum nəticəsində 39 nəfər ölüb, 65-dək şəxs yaralanıb.

Unikal.org xəbər verir ki, Türkiyə hüquq-mühafizə orqanları artıq hadisəilə bağlı ciddi istintaq işinə başlayıb və 30-a yaxın şəxs saxlanılıb. 

Türkiyə mətbuatının yaydığı məlumata görə, İzmirdə əməliyyat başlayıb. 

Əməliyyat çərçivəsində Konyadan qaçan üç ailə İzmirdə tutulub. Polis 27 adamı nəzarətə götürüb. 


Terroristin nəzarətə alınan həyat yoldaşı hücumu televiziyadan öyrəndiyini deyib. Həyat yoldaşımın  DEAŞ üzvü olduğunu bilmirdim deyib. 

Saxta pasportla ölkəyə daxil olan terrorçunun həyat yoldaşı da təcavüzkarın gerçək adını verməyib. Polis isə terrorçunun E.M.H. olan kod adını daşıdığını açıqlayıb. 

Digər tərəfdən Reina hücumuna bağlı aparılan istintaq çərçivəsində bu günə qədər 16 şübhəli nəzarətə alınıb. 

Dünən isə Atatürk Havalımanında hücumla bağlı ola biləcəkləri şübhəsiylə 2 xarici vətəndaşı nəzarətə alıb.