İsveç kraliçası Silvia yaşadığı Drotningholm Sarayında ruhların olduğunu iddia edib.

Unikal.org xəbər verir ki, ölkəsində televiziyalardan birinə açıqlama verən kraliça bildirib ki, sarayda mövcud olan ruhlarla artıq dostlaşıb.

"Burada kiçik dostlar var, ruhlar. Həqiqətən həyəcanlanıram. Amma qorxmuram, - Silvia vurğulayıb.

Qeyd edək ki, 73 yaşlı kraliça artıq 40 ildir ki, orada yaşayır.

XVII əsrdə inşa edilən Drotningholm Sarayı UNESKO-nun Ümumdünya İrsi siyahısına salınıb.