Çexiyanın "Skoda" avtomobil şirkəti Gəncədə zavod açmaq niyyətindədir.
 
Unikal.org "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek deyib.
 
Onun sözlərinə görə, Çexiya şirkəti bununla bağlı Azərbaycan tərəfinə rəsmi təklif edəcək.

Sədr deyib ki, zavod regional əhəmiyyətli olacaq.