Şotlandiya Milli Parlamentinin lideri xanım Nikola Sturgeon jurnalistlərə müsahibəsində deyib ki, əgər "Brexit prosesi istənilən nəticəni verməsə Şotlandiya Böyük Britaniyadan ayrılmaq üçün 2-ci referenduma gedəcək.
Unikal.org bildirir ki, onun sözlərinə görə, hələ indiyə qədər Britaniya Baş nazirinin "Brexit haqqında dəqiq planı yoxdur: "Bu bizi çox narahat edir. Şotlandiya referendumda Avropa İttifaqında (Aİ) qalmaq lehinə səs verib və şotlandlar Aİ-dən ayrılmağa narazıdır. Ümidlərimiz, Aİ-dən ayrılsaq belə ən azından ticarət imkanlarından məhrum olmamaqdır. Başqa cür olsa Şotlandiya daxil bütün Birləşmiş Krallıq firmaları zərər görəcəkdir.