İngiltərədən olan bir qrup tədqiqatçı "Maidstone muzeyində saxlanılan kiçikölçülü mumiyanın körpə uşağa aid faktını araşdırır.

Unikal.org-un xəbərinə görə, Tibb və Cərrahiyyə üzrə Kent İnstitutunda aparılan tomoqrafiyanın ilkin nəticələrinə görə, araşdırılan mumiyanın hamiləliyin iyirminci həftəsində ölü doğulmuş körpəyə aid olduğu müəyyənləşdirilib.

Ekspertlər hesab edirlər ki, bu fakt təsdiqini taparsa, körpəyə məxsus mumiya indiyədək aşkarlanmış mumiyalar arasında ən azyaşlısı hesab olunacaq.