Yaponiyada həkimlər inanılmaz hadisə ilə üzləşiblər.
Unikal.org-un qafqazinfo-ya istinadən məlumatına görə, həkimlər yumurtalığında şiş olan 16 yaşlı qızı əməliyyat edən zaman gördüklərinə inana bilməyiblər.
Belə ki, yumurtalıqda kiçik ölçüdə və inkişafda olan beyin, saç və xırda sümüklər tapılıb. Buna baxmayaraq, yeniyetmə qız əməliyyat olunub və şiş aşkar edilən digər orqanlar yumurtalıqdan çıxarılıb.