Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir.

Sözügedən məsələ ilə bağlı Unikal.org-a ARDNŞ-in keçmiş prezidenti Sabit Bağırov  açıqlama verib. İqtisadçı bildirib ki, buna səbəb "Aİ-95 premium markalı benzinin başqa ölkələrdən idxal edilməsidir:

"Sözügedən benzin ölkəmizdə istehsal olunmur. Xaricdən gətirilir. Gərək buna dövlət subsidiya versin. Dövlətin də hazırda buna imkanı yoxdur. Ona görə də nə qiymət alınırsa o da qoyulur. Bu gün əhalinin 81-85% sürücüləri "Aİ-95 premium markalı benzindən istifadə etmir.

İqtisadçı onu da diqqətə çatdırıb ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92" markalı benzinə şamil olunmur .

Qeyd etdiyimiz kimi, hazırda "Aİ-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir. Bu markalı benzinin əvvəlki qiyməti də digər ölkələrlə müqayisədə ucuz (0.95 AZN) idi. Hazırda "Aİ-92" markalı benzinin qiyməti 70, dizel yanacağının qiyməti isə 60 qəpikdir.