Bakıda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, yanvarın 14-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərdən birində usta işləyənlər - Bakı şəhər sakini Rəşad İsmayılov münaqişə zəminində həmyerlisi Sevindik Hacıyevə bıçaqla xəsarət yetirib. S. Hacıyev hadisə yerində ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsmayılov tutulub.